İdman

Merihin Ronaldoya etdiyi hərəkət gündəm oldu - FOTO

5 Yanvar 2026 00:09
Baxış: 1 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əl-Əhli" klubunun türkiyəli müdafiəçisi Merih Demiral "Əl Nəsr"lə 2:2 hesabı ilə başa çatan oyunda Kristiano Ronaldonun arxasından etdiyi hərəkətlə gündəm olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən epizodun görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.

Bir çox azarkeş və futbol ictimaiyyəti bu davranışı etik olmayan və hörmətsiz addım kimi qiymətləndirərək Merih Demiralı tənqid edib.

Xatırladaq ki, Ronaldo və Merih Demiral daha əvvəl "Yuventus"da birlikdə çıxış ediblər və komanda yoldaşı olublar. Məhz bu fakt tənqidlərin daha da artmasına səbəb olub. Sosial mediada "keçmiş komanda yoldaşına qarşı belə davranış yolverilməzdir" kimi şərhlər yer alıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.