Cəmiyyət

“Gözümüzü açandan qaz görməmişik”- Rayon sakinlərindən ŞİKAYƏT

20 Fevral 2026 13:10
Baxış: 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neftçala rayonunun Şorkənd və Qaraqaşlı kəndlərində yaşayan sakinlər uzun illərdir qaz təminatının olmamasından əziyyət çəkdiklərini bildirirlər. Min nəfərdən artıq əhalisi olan bu yaşayış məntəqələrində insanlar hələ də mavi yanacaqdan istifadə edə bilmirlər.

Milli.Az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, illərdir qaz xətti çəkilmədiyi üçün alternativ istilik vasitələrinə üz tutmalı olurlar. Onlar xüsusilə qış aylarında ciddi çətinliklərlə üzləşdiklərini deyirlər.

Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyi açıqlama verərək bildirib ki, qazlaşdırma prosesi mərhələli şəkildə həyata keçirilir və maliyyə imkanlarına uyğun planlaşdırılır.

Qurumdan verilən məlumata əsasən, hazırda Qaraqaşlı kəndində magistral və paylayıcı qaz xətlərinin çəkilişi aparılır. Şorkənd kəndinin qazlaşdırılması isə növbəti mərhələlər çərçivəsində qiymətləndiriləcək.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.