İdman

Təltif olunanlar arasında onlar da var

25 Dekabr 2025 13:55
Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Milli.Az xəbər verir ki, təltif olunanların sırasında tanınmış adlar da var.

Belə ki, siyahıda dünya və Avropa çempionu Eduard Məmmədov, şahmatçı İlahə Qədimova, cüdo üzrə Olimpiya mükafatçısı Mövlud Mirəliyev və alpinist Vəfa Musayevanın da adı yer alıb. 

Eduard Məmmədov və Vəfa Musayeva "Tərəqqi" medalı, İlahə Qədimova və Mövlud Mirəliyev isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.