Türkiyəli tanınmış idmançılar Lütfi Arıboğan, Ahmet Gülüm, İlhan Helvacı və Ebru Köksal futbolda mərc oyunları ilə bağlı aparılan istintaqda saxlanılıb.
Milli.Az xəbər verir ki, jurnalist Burak Doğanın sözlərinə görə, Lütfi Arıboğan, Ahmet Gülüm, İlhan Helvacı və Ebru Köksal futbolda mərc oyunları və satılmış oyunlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaqda Lütfi Arıboğan, Ahmet Gülüm, İlhan Helvacı və Ebru Köksalın "FETÖ/PDY silahlı terror təşkilatına kömək etmək" və "istintaqın məxfiliyini pozmaq" ittihamları ilə həbs qərarı verilib.
Dörd şübhəli Çağlayandakı İstanbul Ədliyyəsinə gətirilib. Şübhəlilərin prokurorluq tərəfindən dindirilməsi başlayıb.
Qeyd edək ki, Əli Koç istintaqda "şikayətçi" kimi qeyd olunub.
Fidan
Milli.Az





