Azərbaycanda futbol oyunundan sonra azarkeşlər futbolçuları döyüblər.
Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi məlumat yayıb.
Bildirilib ki, AFFA U-16 Liqasında keçirilən "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu bitdikdən sonra azarkeşlər meydana daxil olaraq bəzi futbolçulara zərbələr endiriblər.
Bununla bağlı AFFA İntizam Komitəsi Naxçıvan təmsilçisini növbəti üç oyunu azarkeşsiz keçirmə cəzasına məhkum edib.
Milli.Az





