Azərbaycanda azarkeşlər meydana daxil olaraq futbolçuları döydülər

19 Dekabr 2025 18:18

Azərbaycanda futbol oyunundan sonra azarkeşlər futbolçuları döyüblər.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi məlumat yayıb.

Bildirilib ki, AFFA U-16 Liqasında keçirilən "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu bitdikdən sonra azarkeşlər meydana daxil olaraq bəzi futbolçulara zərbələr endiriblər.

Bununla bağlı AFFA İntizam Komitəsi Naxçıvan təmsilçisini növbəti üç oyunu azarkeşsiz keçirmə cəzasına məhkum edib.

Milli.Az