İdman

İlk milyarder futbolçu oldu

8 Oktyabr 2025 16:07
Baxış: 629
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Portuqaliyalı ulduz Kriştiano Ronaldo futbol tarixində milyarder olan ilk aktiv futbolçu adını qazanıb.

Milli.Az xəbər verir ki, artıq idmanın ən çox qazanan oyunçusu sayılan Ronaldo bu ilin əvvəlində Səudiyyə Ərəbistanının "Əl Nassr" klubu ilə 400 milyon dollardan çox dəyəri olan yeni müqavilə imzalayıb. Bloomberg onun sərvətinin artmasında əsas səbəb kimi bu müqaviləni, həmçinin "Nike" və "Armani" kimi brendlərlə əməkdaşlıqlarını göstərib.

Ronaldo həm də Portuqaliya millisində 223 oyuna 141 qol vuraraq beynəlxalq futbolda ən çox qol vuran oyunçu titulunu qoruyur. 

40 yaşlı ulduz bu həftə Portuqaliya Futbol Qlobusunda Prestij mükafatı alaraq, karyerasına daha bir fərdi uğur əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.