İdman

“Qalatasaray”dan açıqlama

23 Avqust 2025 18:43
Baxış: 422
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qalatasaray" rəhbərliyi gündəmdəki adam Barış Alper Yılmaz haqqında açıqlama verib.

Milli.Az xəbər verir ki, klubun idarə heyətinin üzvlərindən olan Abdullah Kavukçu bu məsələ barədə danışıb:

"Barış Alper Yılmaz meydandakı əzmi və ehtirası ilə "Qalatasaray" üçün böyük bir dəyərdir. Onun "Kayserispor" matçında iştirak etməməsi texniki heyətimiz və rəhbərliyimizin birgə qərarıdır ki, ona mövcud vəziyyət daha da yük olmasın. Bu qərar tamamilə oyunçunun müdafiəsi üçündür və onun heyətdən kənarda qalmasından qətiyyən söhbət gedə bilməz".

Qeyd edək ki, Barış Alperi Səudiyyə Ərəbistanın "Neom" klubu transfer etmək istəyir. Türkiyəli futbolçu bu keçidin reallaşmağını istəyir və ardıcıl 5 gündür məşqlərdə iştirak etmir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.