"Barselona" Frenkie de Yonqla yeni müqavilə imzalamağa hazırlaşır.
Milli.Az xəbər verir ki, klub yarımmüdafiəçi Frenkie de Yonqun müqaviləsini yeniləmək üzərində işləyir.
28 yaşlı holland futbolçunun yeni müqaviləsinə əsasən, o, illik təxminən 9 milyon avro qazanacaq. Müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub və əlavə olaraq bir il uzadılma ehtimalı da var.
De Yonq bu həftənin əvvəlində agentini dəyişib. Onun yeni nümayəndəsi artıq klub rəhbərliyi ilə görüşərək müqavilənin şərtlərini müzakirə edib. Hazırda futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı il, 30 iyun tarixinə qədər qüvvədədir.
Qeyd edək ki, 2024/25 mövsümündə yarımmüdafiəçi 46 matçda iştirak edib, 2 qol vurub və 2 asistlə yadda qalıb.
Hüseyn
Milli.Az