Mədəniyyət

Milli İncəsənət Muzeyində “Kəlağayı – ənənələr, simvollar və sirlər” adlı mühazirə təqdim olunacaq

24 Noyabr 2025 17:40
Baxış: 73
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

25 noyabr 2025-ci il tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Kəlağayı - ənənələr, simvollar və sirlər" adlı mühazirə təqdim olunacaq.

Professor, fəlsəfə doktoru Rəna İbrahimbəyova tərəfindən təqdim ediləcək mühazirədə Azərbaycanın bənzərsiz sənət növlərindən olan kəlağayının tarixi inkişafı, simvolik məzmunu və ənənəvi ornamentlərinin semantikası haqqında geniş məlumat veriləcək.

Tədbir çərçivəsində muzeyin zəngin kolleksiyasına daxil olan kəlağayı nümunələrindən ibarət sərgi təşkil olunacaq.  Zərif ipək üzərində işlənmiş ecazkar naxışların rəng harmoniyası, sənətkarlıq ənənələrinin incəlikləri iştirakçılara daha yaxından təqdim ediləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.