Hadisə

Kürdəmirdə canavarlar kəndə hücum edib

24 Noyabr 2025 17:26
Baxış: 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmirdə canavarlar kəndə hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çölqubalı kəndində qeydə alınıb.

Vəhşi heyvanlar səhər saatlarında kənd sakini Şahin Səfərova məxsus 16 baş xırdabuynuzlu heyvanı parçalaylblar. Sakinlərin sözlərinə görə, sıx yulğunluqla əhatə olan kənd mütəmadi olaraq vəhşi heyvanların hücumuna məruz qalır. Son həftə ərzində kəndə sürü halında hücüm edən canavarlar sakinlərin onlarla xırdabunuzlu heyvanını tələf ediblər.

Kənd bələdiyyəsinin sədr müavini Balamirzə Agayev deyib ki, məsələ ilə bağlı aidiyyəti üzrə məlumat veriləcək və tədbirlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.