İdman

Arif Məmmədovun ölüm səbəbi məlum oldu

6 Avqust 2025 10:50
Baxış: 1 634
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun ölüm səbəbi müəyyənləşib. 

Milli.Az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Arif Məmmədov hər iki ağ ciyərinin zədələnməsi (Pnevmaniya) səbəbindən dünyasını dəyişib. 

Azərbaycan Karate-do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədov iyul ayının əvvəlində rəhbərlik etdiyi komanda ilə Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq karate turnirinə yollanıb. İyul ayının 8-də qaldığı oteldə komaya düşüb və xəstəxanaya yerləşdirilib. 4 gün əvvəl Gürcüstandan Türkiyənin Trabzon şəhərindəki xəstəxanalardan birinə aparılıb və qardaş ölkədə dünyasını dəyişib. 

Arif Məmmədovun nəşi sabah Azərbaycana gətiriləcək və doğulub böyüdüyü Gəncə şəhərində dəfn ediləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.