İdman

Tanınmış idmançı faciəvi şəkildə ödlü - FOTO

17 İyul 2025 14:25
Baxış: 907
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Norveçin tanınmış xizəkçisi, 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarının bürünc medalçısı Audun Qronvold faciəvi şəkildə həyatını itirib.

Milli.Az xəbər verir ki, 49 yaşlı idmançının ailəsi ilə birlikdə yay tətili zamanı ildırıma düşdüyü və dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Norveç Xizək Federasiyası yayımladığı bəyanatda Qronvoldun ölümünü təsdiqləyib və onun xizək idmanına verdiyi töhfələri yüksək qiymətləndirib.

Audun Qronvold arvadı və üç övladı ilə yaşayırdı. Onun ölümü Norveç idman ictimaiyyəti üçün dərin bir itki olaraq qiymətləndirilir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.