Fransa ordusu Senegalı tərk etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa bu gün rəsmi olaraq Senegaldakı son iki hərbi bazasını geri qaytardı və bununla da Parisin Qərbi və Mərkəzi Afrikada daimi hərbi düşərgələri qalmadı.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Senegal Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Mbaye Sisse və Fransanın Afrikadakı qoşunlarının komandanı general Paskal İanni Dakar şəhərində keçirilən rəsmi mərasimdə iştirak ediblər.
Mərasim zamanı Fransa ölkədəki ən böyük bazası olan Camp Geille və Dakar hava limanındakı hava bazasını Senegala təhvil verib.
Bu təhvil-təslimlə Fransa ordusunun Senegaldakı 65 illik hərbi mövcudiyyəti başa çatmış olub. Fransanın kontinent üzrə geri çəkilmə qərarı keçmiş müstəmləkələrin Parislə münasibətlərə yenidən baxması fonunda verilib.
Artıq 350 fransız əsgəri ölkəni tərk edir
Fransa ilə birlikdə əməliyyatlar aparan təxminən 350 fransız əsgəri mart ayında başlanan üç aylıq çıxış prosesi çərçivəsində indi ölkəni tərk edir.
2024-cü il prezident seçkilərində qələbə qazanan və dərin dəyişikliklərə söz verən Senegal Prezidenti Bassiru Diomay Faye Fransadan 2025-ci ilə qədər qoşunlarını çıxarmağı tələb etmişdi.
Lakin digər keçmiş Fransa müstəmləkələrindən fərqli olaraq, məsələn, ordunun hakimiyyətdə olduğu Burkina Faso, Mali və Niger, Faye Fransayla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bəyan edib.
"Suverenlik"
Senegal 1960-cı ildə müstəqillik qazandıqdan sonra Fransanın Afrikadakı ən yaxın müttəfiqlərindən birinə çevrilmişdi. Keçmiş prezident Maki Sall dövründə də bu əməkdaşlıq davam etmişdi.
Lakin Faye prezident seçilərkən "Sall dövrü ilə köklü ayrılıq" vəd etmiş və Fransanı digər xarici tərəfdaşlarla eyni səviyyədə görəcəyini demişdi.
O bildirib:
"Senegal müstəqil dövlətdir, suveren dövlətdir və suverenlik hərbi bazaların mövcudluğunu qəbul etmir".
Eyni zamanda o vurğulayıb ki, Fransa hələ də Senegal üçün mühüm tərəfdaş olaraq qalır.
Prezident Faye həmçinin Fransadan müstəmləkə dövründə törədilmiş zorakılıqlara, o cümlədən 1 dekabr 1944-cü ildə Fransanın tərəfində döyüşən onlarla afrikalı əsgərin qətliamına görə üzr istəməsini tələb edib.
Qitə üzrə fransız ordusunun çıxarılması
Afrika ölkələri arasında Fransanın hərbi mövcudiyyətinə qarşı artan etirazlar səbəbindən Paris son illərdə keçmiş müstəmləkələrindəki bir çox bazanı bağlayıb və ya qüvvələrini azaldıb.
Fevral ayında Fransa Fil Dişi Sahilindəki sonuncu bazasını geri qaytararaq oradakı onilliklər boyu davam edən hərbi mövcudiyyətinə son qoyub.
Yanvarda isə Fransa Çaddakı Kossei bazasını, yəni Sahel bölgəsindəki sonuncu hərbi dayağını təhvil verib.
2020-2023-cü illərdə Burkina Faso, Mali və Nigerdə baş verən hərbi çevrilişlər nəticəsində hakimiyyətə gələn hərbi liderlər Fransayla münasibətləri kəsib və əvəzində Rusiyaya üz tutublar.
Mərkəzi Afrika Respublikası da Fransadan hərbi qüvvələrini çıxarmağı tələb edib və orada da Rusiya muzdluları yerləşdirilib.
Hazırda Fransa ordusu yalnız Qabonda birgə istifadə olunan bir baza saxlayır.
Yeganə daimi baza - Cibuti
Fransanın Afrikadakı yeganə daimi hərbi bazası bundan sonra yalnız Afrika Buynuzu bölgəsindəki kiçik Cibuti dövlətində yerləşəcək.
Orada təxminən 1500 nəfərlik fransız hərbi kontingenti yerləşir və Paris həmin bazanı Afrikada əsas qərargah kimi istifadə etmək niyyətindədir.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ata və oğul gizli görüşüb
-
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
-
Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi
-
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
XƏBƏR LENTİ
-
Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu - (Video)
-
Ata və oğul gizli görüşüb
-
20 il sonra piramidalarda konsert verəcək
-
Badımcanı yayda çox yeyin
-
Tovuz döyüşlərindən 6 il ötür
-
Ana-bala birlikdə məzun oldu
-
Milli Gimnastika Arenasında Matteo Morandi tərəfindən ustad dərsi keçirilib - (Foto)
-
Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu
-
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
-
Qəbələdə iki maşın yandı
-
Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi
-
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir





