İdman

"Fənərbağça"nın yeni transferi Mourinyonu özündən çıxardı

17 İyul 2025 15:45
Baxış: 620
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Joze Mourinyo ilə yeni transfer Con Duran arasında gərginlik yaşandığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, klubun əlaqələr üzrə meneceri Alper Yemeniciler yayılan şayiələri qəti şəkildə təkzib edib. O, xarici mətbuatda Mourinyoya istinadən yayılan sitatların tamamilə uydurma olduğunu bildirib:

"Menecerimiz Joze Mourinyo Con Duranla bağlı heç bir açıqlama verməyib. Xarici mətbuatda ona aid edilən sözlər doğru deyil. Futbolçumuz bu axşam Portuqaliyaya - komandamızın Alqarvedəki təlim-məşq toplanışına qoşulmaq üçün gəlib."

Xatırladaq ki, Portuqaliyada təşkil olunan təlim-məşq toplanışında Con Duranın bir müddət komandadan uzaq qalması sosial şəbəkələrdə və mətbuatda müxtəlif şayiələrə səbəb olmuşdu. Bəzi iddialarda Mourinyo futbolçunun davranışını "hörmətsizlik" kimi dəyərləndirmiş, "qaydaları pozanlar nəticəsinə qatlanacaq" şəklində açıqlama verdiyi iddia olunmuşdu.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.