Şou-biznes

"Kurtlar Vadisi"nin aktyoru küçədə aş bişirib satır - FOTO

17 İyul 2025 19:44
Baxış: 1 153
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Volkan Başaran aktyorluqdan ayrıldığını açıqlayıb. O, indi Bakırköy küçələrində səyyar plov satıcısı kimi fəaliyyət göstərir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kolpaçino" film seriyasındakı "On nömrə namaz qılaram" replikası ilə yadda qalan Volkan Başaran sonradan "Kurtlar Vadisi", "Quruluş Osman" kimi layihələrdə də rol alıb.

Lakin Başaran aktyorluq karyerasını başa vuraraq gözlənilməz bir qərarla tamamilə fərqli bir sahəyə yönəlib.

Keçmiş aktyor, Bakırköy küçələrində qurduğu plov arabasında satış etməyə başlayıb.

Onun plov satarkən çəkilən görüntüləri qısa zamanda sosial mediada yayılaraq viral olub.

Keçmiş aktyora izləyicilərdən "Allah bol qazanc versin. Halal çörək pulu olsun" kimi şərhlər gəlib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.