İran

Pezeşkianın maşınına benzin yerinə su vurdular, yolda qaldı

17 İyul 2025 21:48
Baxış: 534
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən maraqlı insidentlə qarşılaşıb.

Milli.Az-ın məlumatına görə, Pezeşkianın xüsusi müfəttişi Mustafa Moləvi deyib ki, prezidentin kortejindəki bütün avtomobillər Qəzvin əyaləti yaxınlığında dayanmalı olub.

Moləvinin sözlərinə görə, kortej Rəşt magistralının çıxışında yerləşən bir yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra hərəkətə davam edib. Takestan şəhəri yaxınlığında hər üç avtomobil nasazlıq səbəbindən dayanıb. Texniki baxış zamanı məlum olub ki, avtomobillərə vurulan benzin su ilə qarışdırılıb.

Qeyd edilir ki, eyni yanacaqdoldurma məntəqəsində bundan əvvəl də oxşar keyfiyyətsizlik halları qeydə alınıb. Hadisəyə rəğmən, Pezeşkian əyalət rəhbərliyi ilə əlaqə saxlamayıb və rəsmi araşdırma başlanmayıb. Bunun əvəzinə o, taksi ilə səfərini Təbrizə qədər davam etdirib. (Lent.az)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.