İdman

“Qarabağ”ın növbəti transferi - FOTO

17 İyul 2025 22:01
Baxış: 390
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" növbəti transferini reallaşdırıb. 

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ağdam təmsilçisi Semmi Mmaeeni heyətinə qatıb. Tərəflər arasında 1 illik icarə müqaviləsi imzalanıb.

28 yaşlı mərkəz müdafiəçinin son klubu Zaqreb "Dinamo"su olub. Müdafiəçi "Qarabağ"da 3 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2014-cü ildə Belçikanın "Standard" klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi "Maastrixt"in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın "Sent-Truden", 2021-24-cü illərdə Macarıstanın "Ferensvaroş" klubunda çıxış edən müdafiəçi ötən il "Dinamo"ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda "Dinamo"nun heyətində "Qarabağ"a qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, klub bunadək daha üç futbolçunu - braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.