İkiqat dünya çempionu, 10 qat Avropa çempionu, Azərbaycan Güləş Federasiyasının qadın güləşi üzrə koordinatoru Mariya Stadnik yeni görüntüləri gündəm olub.
Milli.Az xəbər verir ki, 37 yaşı tamam olan idmançı xanım bu münasibətlə fotosessiya etdirib.
Yeni fotolarını izləyiciləri ilə bölüşən Mariya paylaşımına bu qeydi yazıb:
"Ən dəyərli şeylərin hamısı içimizdədir. Yaş yalnız müdriklik qatır və xarici mənzərəni dəyişir. Salam, 37 yaşım"
Hüseyn
Milli.Az





