Biri neft göndərir, biri də DÜYÜ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Braziliya və Rusiya Kubadakı enerji və ərzaq böhranını yüngülləşdirmək məqsədilə yardımlar göndərir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Braziliya hökuməti Latın Amerikasındakı çətin vəziyyəti nəzərə alaraq, Kubaya 20 min ton düyü göndərdiyini açıqlayıb.
Braziliya Xarici İşlər Nazirliyinin Latın Amerikası və Karib dənizi üzrə katibi Gisela Padovan bildirib ki, yardım Dünya Ərzaq Proqramı (WFP) vasitəsilə paylanacaq:
"Kuba xalqının yaşadığı əzab Braziliya üçün daimi narahatlıq mənbəyidir. Həm tibb, həm də qida sahəsində müxtəlif yardımlar göstəririk. Yaxın zamanda yeni göndərişlər planlaşdırılır və digər ölkələrin də dəstəyi gözlənilir".
Eyni zamanda, Rusiya enerji böhranı ilə mübarizə aparan Kubaya xam neft göndərir. Belə ki, "Anatoly Kolodkin" tankeri 8 martda Rusiyanın Primorsk limanından təxminən 730 min barel neft yükləyərək, Atlantik okeanı keçib və Kubaya yola düşüb. Gəminin 23 martda Matanzas neft terminalına çatması gözlənilir. Bundan əlavə, Honkonq bayraqlı "Sea Horse" gəmisinin 200 min barel dizel daşıdığı bildirilir.
Bu yardım tədbirləri ABŞ-nin Kubaya qarşı iqtisadi təzyiqi artırdığı bir dövrdə həyata keçirilir. Yanvar ayından bəri Kuba ABŞ-nin embarqo siyasəti səbəbindən, demək olar ki, heç bir neft idxal etməyib, bu isə ölkədə elektrik kəsintilərinə və əsas infrastrukturun zədələnməsinə səbəb olub.
Rusiya və Braziliyanın yardımları həm humanitar ehtiyacları qarşılamaq, həm də ABŞ-nin sanksiyalarına geosiyasi meydan oxumaq kimi qiymətləndirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi
-
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
-
Ukraynaya 9,2 milyard dollarlıq yardım ayrılacaq
-
Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto - Video)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib





