Bu ölkədə balıq yemək qadağan olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Papua-Yeni Qvineyanın Yeni İrlandiya bölgəsində minlərlə dəniz canlısının qısa müddətdə ölməsi ciddi narahatlıq yaradıb. Hadisədən sonra yerli hakimiyyət orqanları balıq istehlakını qadağan edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cəmi beş gün ərzində 3000-dən çox balıq və digər dəniz canlısı tələf olub.
Mütəxəssislər ölü balıqlarda rəng dəyişiklikləri, gözlərin şişməsi və yaşılımtıl ət kimi qeyri-adi əlamətlərin müşahidə edildiyini bildirirlər.
Hadisə yalnız ekoloji deyil, həm də sağlamlıq böhranına səbəb olub. Bölgədə yaşayan ən azı 750 nəfərin balıq yedikdən və ya dəniz suyu ilə təmasdan sonra müxtəlif sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilir. Sinə ağrısı, öskürək və dəri xəstəlikləri kimi simptomlar qeydə alınıb.
Papua-Yeni Qvineyanın balıqçılıq naziri Yelta Vonq əhaliyə müraciət edərək, balıq istehlakından müvəqqəti imtina etməyə çağırıb. Rəsmilər dəniz suyunda və balıqlarda mümkün kimyəvi çirklənmə ehtimalını araşdırır, lakin konkret səbəb hələ müəyyən edilməyib.
Hadisə bölgədə sosial-iqtisadi vəziyyəti də ağırlaşdırıb. Təxminən 1500 nəfərin yaşadığı kəndlərdə balıqçılıq əsas dolanışıq mənbəyi olduğundan, qadağa ərzaq çatışmazlığı və gəlir itkisinə səbəb olub. Xüsusilə uşaqlar arasında qida çatışmazlığı riski artıb.
Araşdırmalar zamanı dənizdə "qırmızı dalğa" kimi tanınan fenomenin müşahidə edildiyi bildirilir. Mütəxəssislər bunun zəhərli yosunların sürətlə çoxalması ilə bağlı ola biləcəyini ehtimal edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





