Rusiyada Avropanın bir sıra ölkələrinə neft nəql edən "Drujba" kəmərinin bir hissəsində partlayış baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat verib.
Bildirilib ki, neft kəmərinə hücum Taqanroq-Lipetsk hissəsində, Kazinskiye Vısellki yaşayış məntəqəsi yaxınlığında həyata keçirilib.
Mənbənin sözlərinə görə, kəmərin həmin hissəsini məhv etmək üçün uzaqdan idarə olunan partlayıcı qurğu və daha güclü yanma effekti yaratmaq məqsədilə əlavə yandırıcı qarışıqlardan istifadə olunub.
Milli.Az





