Ölkə

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 İyul 2025 17:20
Baxış: 5 385
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Xətai rayonunun su təchizatında fasilə yaranacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, fasilə Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır. Bu səbəblə iyulun 16-ı saat 22:00-dan 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.