Rusiya

Rusiyada Azərbaycanla bağlı daha bir araşdırma başlandı - VİDEO

15 İyul 2025 19:09
Baxış: 1 082
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Saratov şəhərində Azərbaycan bayraqları ilə avtomobillərin yürüşünü əks etdirən videodan sonra araşdırmaya başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya DİN-in Saratov vilayəti üzrə Baş İdarəsi məlumat verib.

"Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən yoxlama aparılır", - deyə idarədən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda Azərbaycan bayraqları ilə bəzədilmiş bir neçə avtomobilin Saratov küçələrində hərəkəti əks olunur. Kadrlardan birində avtomobillərdən birinin yol hərəkəti qaydalarını pozduğu görünür.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.