Şou-biznes

"Ailəm, 4 övladım olmasının paxıllığını çəkirlər"

15 İyul 2025 22:00
Baxış: 884
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Elnarə Xəlilova toylara və şou-proqramlara getmir.

Milli.Az xəbər verir ki, sənətçi bu haqda "Full şou"da danışıb. Özünü "sənətkar" adlandıran Xəlilova bunun səbəbini açıqlayıb:

"Zövq aldığım işi görürəm. Anlayanda ki, mənlik deyil, işin altına girmirəm. Öz potensialıma əminəm. Ulduz olmağa can atmamışam. Sənətkar olmağa can atmışam. Özümü "sənət fədaisi" adlandırıram. Özümü sənətə xeyri dəyən biri kimi görmək istəmişəm. Mən özümü sənətkar hesab edirəm. Elnarə özü-özünə bunu demir, xalq deyir. Allah məni o günə qoymasın ki, özüm özümə "sənətkar" deyim".

Elnarə qazanc yerini açıqlayıb:

"Özümü şou-biznesdə hesab etmirəm, mədəniyyətdə, incəsənətdəyəm. Mən bu bazarda yoxam. Nə toy, nə restoran bazarında varam, şou-proqramlarda olmuram. Dövlət qulluçusuyam, gəlirim bəs edir.

Haqqımda danışanları, hamını Allaha həvalə edirəm. Ailə üzvlərimi də hər zaman Allaha həvalə edirəm. Heç kimi son həddə çatdırmaq, özündən çıxartmaq olmaz. Allahın ədalətinə inanıram, atıram onun ətəyinə. Payı pay qabağına qoyur. Hamısının həyatını görürəm. Mənim də həyatım göz qabağındadır. Bizi heç müqayisə etmək olmaz. Kökünə ensək, hər şeyin səbəbi paxıllıqdır. Niyə Elnarədə var, bizdə yoxdur: iki ali təhsil, ailə, 4 övlad, qabiliyyət". (Axşam.az)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.