Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca, həm məzunları, həm də onların valideynlərini düşündürən mühüm məsələlərdən biri də təhsil haqlarıdır. Ödənişli plan yerləri üzrə təhsil haqlarının məbləğinin dəyişməsi bəzi tələbələrin təhsil planlarına, maliyyə imkanlarına və gələcək perspektivlərinə də birbaşa təsir edir.
Milli.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidmətindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb:
"Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda BDU-ya qəbul olan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır. Ödənişli əsaslarla qəbul edilən tələbələr isə təhsil haqqının ödənişində çevik mexanizmlərdən yararlana bilirlər. Belə ki, onlar qəbul zamanı təhsil haqqının 50 faizini ödəməklə qeydiyyatdan keçə, qalan məbləğin ödənişini isə semestr imtahanları dövründə tamamlaya bilərlər".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün təhsil haqlarında heç bir dəyişiklik edilməyib. Lakin universitet bu il magistratura səviyyəsində yeni ixtisas və ixtisaslaşmalarla tədris sahəsini genişləndirib. ADNSU ilk dəfə olaraq aşağıdakı 4 ixtisas və 8 ixtisaslaşma üzrə magistr hazırlığına başlayacaq:
- "Biznesin təşkili və idarə edilməsi" (MBA) - (Azərbaycan dilində) (ixtisas)
* "İnsan resurslarının idarə olunması" (ixtisaslaşma)
* "Marketinq" (ixtisaslaşma)
* "Ümumi idarəetmə" (ixtisaslaşma)
* "İnformasiya texnologiyalarının idarə edilməsi" (ixtisaslaşma)
* "Əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)
- "İnformasiya təhlükəsizliyi" (ixtisas)
* "Kibertəhlükəsizlik" (ixtisaslaşma)
- "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" (ixtisas)
* "Nəqliyyat logistikası" (ixtisaslaşma)
- "Sənaye mühəndisliyi" (ixtisas)
* "Texnologiya və əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)
Bundan başqa, bu il universitet bakalavriat səviyyəsində ilk dəfə ingilis dilində "Data analitikası" ixtisası üzrə tələbə qəbulu həyata keçirəcək. Bu yeniliklər ADNSU-nun təhsil spektrini genişləndirərək tələbələrə daha çox seçim imkanı yaradır.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) isə bakalavriat və magistratura səviyyələrində təhsil haqları artıb. Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb.
Azərbaycan Texniki Universitetində (AzTU) isə 2025/2026-cı tədris ili üçün təhsil haqlarında dəyişiklik yoxdur, əvvəlki ildəki məbləğ olduğu kimi saxlanılıb.
Ümumilikdə 2025/2026-cı tədris ili üçün ölkəmizin aparıcı universitetlərində təhsil haqlarında böyük bir artım müşahidə edilmir. Bu xüsusilə tələbələrin təhsil xərclərinin artmasının qarşısını almaq və ali təhsilin əlçatanlığını təmin etmək məqsədini güdür. Lakin bəzi universitetlərdə təhsil haqlarında artım baş verib ki, bu da tələbələrin planlarını düzgün qurması üçün diqqətə almalı olduğu mühüm nüanslardan biridir. Yeni ixtisas və proqramların açılması isə tələbələr üçün gələcək karyeralarına əlavə imkanlar yaradır.
Milli.Az
XƏBƏR LENTİ
-
Küçədə Cem Yılmaza sərt reaksiya: “Allah bəlanı versin!” - VİDEO
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI





