İqtisadiyyat

Bu şəxslərin maaşı 2 min manata çatdı

15 İyul 2025 20:15
Baxış: 837
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanın dövlət qulluqçularının ortaaylıq əməkhaqqısı 1971 manata yüksəlib.

Milli.Az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2024-cü il ərzində dövlət qulluqçularının maaşında orta hesabla 38 manat və ya 2 faiz artım baş verib.

Son 5 ilin müqayisəsi göstərir ki, dövlət qulluqçularının maaşında ən az artım ötən il qeydə alınıb. Beş il əvvəl dövlət qulluqçuları 1216 manat maaş alırdı. Bu göstərici 2022-ci ildə 1785 manata, 2023-cü ildə 1933 manata yüksəlib.

Dövlət qulluqçuları arasında ən yüksək orta əməkhaqqını Bakıda çalışanlar alır. Onların ortaaylıq maaşı 2540 manat təşkil edib. Son bir ildə Bakıda çalışanların maaşında 36 manat, yəni 1,4 faiz artım olub.

Bakıda rəhbər vəzifədə çalışan dövlər qulluqçularının maaşı isə 4708 manata çatıb. Bir il əvvəl rəhbər vəzifədə çalışan şəxslər 4673 manat alırdılar.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.