Kocaelinin Dilovası rayonunda 5 nəfərin həyatını itirdiyi qorxunc qəzanın təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, iki avtomobil və bir yük maşınının (TIR) iştirakı ilə baş verən qəzada avtomobil, TIR-ın düşən konteynerinin altında qalaraq tamamilə əzilib.
Avtomobil daha sonra baryerlərə çırpılıb və parça-parça olub.
Hadisə dünən D-100 avtomobil yolunun Ankara istiqamətində, Dilovası Yokuşu adlanan ərazidə baş verib. Eyni istiqamətdə hərəkətdə olan Sinan Demirin idarə etdiyi 34 DKT 578 dövlət nömrə nişanlı avtomobil, 34 DCK 849 nömrəli digər avtomobil və Şahin K.-nın idarə etdiyi 41 AYC 798 nömrəli TIR toqquşub.
Yolda hərəkətdə olan avtomobilin üstünə konteyner düşüb
Toqquşmanın təsiri ilə 34 DKT 578 nömrəli avtomobil, TIR-ın düşən konteynerinin altında qalıb. Daha sonra avtomobil baryerlərə girərək tamamilə məhv olub. Hadisə yerinə dərhal yanğınsöndürən, təcili tibbi yardım, jandarma və polis qrupları cəlb edilib. Avtomobildə sıxışıb qalan şəxslər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
5 nəfər dəhşətli şəkildə həyatını itirib
TIR-ın konteynerinin altında qalan avtomobilin sürücüsü Sinan Demir və sərnişinlərdən Okan Demir hadisə yerində, Ramazan Budak, Ümit Adsay və Muhammet Zengin isə xəstəxanada həyatını itirib. TIR sürücüsü Şahin K.-nın müalicəsinin davam etdiyi bildirilib.
Kənan
Milli.Az