"Bəsic" təşkilatının və "İmam Əli" qərargahının keçmiş rəhbəri, general Qulamhüseyn Qeybpərvərin vəfat etdiyi rəsmən təsdiqlənib.
Milli.Az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, general İran-İraq müharibəsi zamanı məruz qaldığı kimyəvi təsirlərin nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Qulamhüseyn Qeybpərvər İran daxilində baş verən etirazların sərt şəkildə yatırılmasında və mədəni repressiyaların həyata keçirilməsində əsas simalardan biri kimi tanınırdı.
Kənan
Milli.Az