İran

Xameneidən aranı qarışdıracaq açıqlama

25 Avqust 2025 14:37
Baxış: 1 014
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın Ali Rəhbəri Əli Xamenei ABŞ ilə danışıqlar məsələsinin həllini tapmadığını bildirib.

Onun sözlərinə görə, Donald Tramp İranın öz əmrlərinə tabe olmasını istəyir ki, bu da İran xalqının təhqir olunmasıdır.

Xamenei çıxışında İsrail və ABŞ-nin son hücumlarla İslam Respublikasını süquta uğrada bilmədiyini vurğulayıb. O, əsas düşmənlərinin İsrail olduğunu bildirərək, Təl-Əvivin yardım aldığı bütün yolların qarşısının kəsilməli olduğunu deyib.

Ali rəhbər Yəmənin cəsur xalqının İsrailə qarşı etdiklərini "düzgün qərar" adlandırıb.

Qeyd edək ki, husilərin hücumlarına cavab olaraq İsrail Yəməni atəşə tutub. O ki qaldı Xameneinin ABŞ ilə alınmayan danışıqlarına, söhbət nüvə razılaşması və uranın zənginləşdirilməsindən gedir. İran uranı dinc məqsədlərlə zənginləşdirdiyini desə də, ABŞ və Avropa Tehranın nüvə silahına sahib olacağından qorxur. Bu səbəbdən Amerika ilə İslam Respublikası arasında nüvə danışıqları aparılırdı. İsraillə 12 günlük savaş gedən vaxt ABŞ-nin İranın nüvə obyektlərini bombalamasından sonra bu danışıqlar dayandırılıb. /Baku TV

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.