İqtisadiyyat

Taleh Kazımov Gülzar Tahirovaya yüksək VƏZİFƏ VERDİ

25 Avqust 2025 13:06
Baxış: 1 165
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təyin edilib.

Milli.Az "banker.az"a istinadla xəbər verir ki, AMB sədri Taleh Kazımovun əmri ilə bu vəzifəyə Gülzar Tahirova İslam qızı təyin edilib.

Buna qədər bu vəzifə vakant idi. G.İ.Tahirova isə 2022-ci ilin aprelində bu departamentdə dirktor müavini kimi çalışırdı. Tahirova 16 ildir Mərkəzi Bankda çalışır.

Xatırladaq ki, Tədqiqatlar departamentinin fəaliyyətinin əsas məqsədi ölkədə makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin təmin olunması, habelə ölkənin sosial-iqtisadi inkişafının dəstəklənməsi istiqamətində fundamental tədqiqatlar aparmaq, effektiv pul siyasətinin formalaşmasına və həyata keçirilməsinə imkan verən tədqiqat bazasının inkişafını və genişlənməsini təmin etməkdir.

Onun sturukturunda 4 şöbə var. Bunlar Makroiqtisadi tədqiqatlar şöbəsi; Modelləşdirmə və proqnozlaşdırma şöbəsi; Mikroiqtisadi tədqiqatlar şöbəsi və

Beynəlxalq iqtisadiyyat şöbəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.