Kriminal

Qətlə yetirilən 32 yaşlı Əfsanənin FOTOsu

24 Avqust 2025 23:47
Baxış: 4 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:47

Xəbər verdiyimiz kimi, Lənkəranın Liman şəhərində 34 yaşlı Əfsanə Əkbər qızı Lələzadə həyat yoldaşı tərəfindən qətlə yetirib.

Metbuat.az-ın məlumatına görə, hadisə səhər saatlarına baş verib.

Belə ki, Ə.Lələzadənin həyat yoldaşı 32 yaşlı Nicat Lələzadə onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Əfsanə Lələzadənin fotosunu təqdim edirik.

------------
10:10

Lənkəranda qadın qətlə yetirilib.

Milli.Az xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.

APA-nın əldə etdiyi məlumata görə, Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.