Ölkə

Bakıda bəzi ərazilərdə su təchizatında çətinlik var - RƏSMİ

17 İyul 2025 21:25
Baxış: 1 060
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində (M.Seyidzadə) su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur.

Milli.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.