İdman

Ronaldu 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi

17 İyul 2025 21:39
Baxış: 331
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Portuqaliya millisinin və "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Milli.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı çempionatının sosial şəbəkə hesablarında məlumat yayılıb.

40 yaşlı forvard azarkeşlər tərəfindən mövsümün ən yaxşısı adına layiq görülüb.

Mövsüm ərzində Ronaldu 15 dəfə matçın ən yaxşı oyunçusu seçilib. O, Səudiyyə Ərəbistanı Pro Liqasında 30 oyun keçirib, 25 qol vurub və bununla da turnirin bombardiri olub.

Həmçinin onun çempionatın 27-ci turunda "Ər-Riyad"la oyunda (2:1) cərimə zərbəsindən vurduğu qol da 2024/25 mövsümünün ən yaxşı qolu kimi tanınıb. Beləliklə, Ronaldu mövsümdə üç fərdi mükafat qazanıb.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.