Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan ailə-məişət məsələləri ilə bağlı veriliş yenə sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Milli.Az xəbər verir ki, bu dəfə Zeynəb adlı qadın efirə çıxaraq əri ilə barışmaq istədiyini bildirib. Diqqət çəkən məqam isə onun bir tərəfdə gənc sevgilisinin, digər tərəfdə isə yaşlı ərinin olmasıdır.
Belə ki, 19 yaşında oğlu olan Zeynep İbrahim adlı gənclə qaçıb. Lakin İbrahim ailəsinin etirazı səbəbindən Zeynepi tərk edib.
Tərk edildikdən sonra Zeynep studiyada ərinə geri qayıtmaq istədiyini deyib. Əri isə "Əgər səni sevibsə tərk etməzdi" deyərək reaksiyasını bildirib.
Hadisə qısa zamanda sosial şəbəkələrdə gündəm olub. Verilişi ərsəyə gətirənlər, Zeynəbi efirə çıxaranlar, Zeynəbin özü, əri və sevgilisi sərt tənqid edilib.
Fuad
Milli.Az





