Yeni binalarda ən azı 3 internet şirkəti olmalıdır - MTK-ların məhdudiyyəti qanunsuzdur - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çoxmənzilli binalarda ən azı 3 fərqli provayderin xidmət göstərməsi abonentlərin seçim hüququnun təmin edilməsi və rəqabətin formalaşması baxımından zəruri hesab olunur.
Milli.Az xəbər verir ki, bu fikirlər İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) çoxmənzilli yaşayış komplekslərində (MTK) internet xidmətlərinin göstərilməsi və rəqabət mühitinin gücləndirilməsi mövzusunda telekommunikasiya operatoru və provayderləri ilə keçirilən görüşdə deyilib.
Lakin bəzi MTK-larda yalnız bir internet provayderinin istifadəsinə icazə verirlir.
Bəs, bu nə dərəcədə qanunidir?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən informasiya texnologiyaları üzrə eskpert Elvin Abbasov bildirib ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) çoxmənzilli binalarda ən azı 3 provayderin xidmət göstərməsini tələb etməsi, ilk növbədə, Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanununa və Rəqabət Məcəlləsinin prinsiplərinə əsaslanır.
Onun sözlərinə görə, MTK-ların qəsdən yalnız bir provayderə icazə verməsi vətəndaşların seçim hüququnu birbaşa məhdudlaşdırır və bazarda süni inhisarçı mühit yaradır.
E.Abbasov qeyd edib ki, bu məhdudiyyət qanuni deyil, çünki ədalətli rəqabəti boğur, provayderlərin bazara sərbəst çıxışını əngəlləyir və abonentləri məhdud qiymət, keyfiyyət və texnologiya şərtləri ilə razılaşmağa məcbur edir:
"Beləliklə, MTK-nın qoyduğu bu məhdudiyyət qanunvericiliyin fundamental prinsiplərinə ziddir və hüquqi müstəvidə mübahisə predmeti ola bilər".
İKTA-nın "ən azı 3 provayder" tələbinin rəqəmsal infrastruktura çıxışın keyfiyyətini və əlçatanlığını artırmaq məqsədi daşıyan doğru strategiya olduğunu vurğulan ekspert əlavə edib ki, üç provayderin mövcudluğu həm keyfiyyəti artırır, həm də qiymət rəqabətini təmin edir:
"MTK-lar tərəfindən tətbiq edilən maneələr (məsələn, qeyri-rəsmi gəlir əldə etmək üçün inzibati təzyiqlər) həmin binanın sakinlərinə qarşı yönəlmiş qeyri-münasib hərəkət hesab edilməlidir. Abonentlərin seçim hüququnun təmin edilməsi üçün Agentlik tərəfindən rəsmi müdaxilə mexanizminin gücləndirilməsi və MTK-ların bu sahədəki məsuliyyətinin qanunvericiliklə daha dəqiq tənzimlənməsi zəruridir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





