Ölkə

Qaralov, Usubov və Sultanov bir arada - FOTO

10 Dekabr 2025 12:48
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov illər sonra görünüb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Zakir Qaralov keçmiş müavini Rüstəm Usubov və sabiq mətbuat katibi Eldar Sultanovla birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Z. Qaralov açıqlamasında deyib ki, bu günlər xalqımız Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar onun əziz və unudulmaz xatirəsini hörmət və dərin ehtiramla yad edir: "Ulu Öndər Heydər Əliyevin ruhu bu gün şaddır. Şaddır ona görə ki, rəşadətli ordumuzun şücaəti, şəhidlərimizin, qazilərimizin həyatı, qanı, sağlamlıqları bahasına, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gərgin əməyi, titanik fəaliyyəti və həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü təmin edilib".

Qeyd edək ki, Zakir Qaralov 2000-ci ildən 2020-ci ilədək Azərbaycanın baş prokuroru olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.