Dünya

Ukraynanın ABŞ-dəki səfiri o ola bilər

18 İyul 2025 00:28
Baxış: 298
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna ABŞ-də səfiri vəzifəsinə əvvəllər baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini - ədliyyə naziri vəzifəsini tutmuş Olqa Stefanişinanın namizədliyini irəli sürüb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda məsələ təsdiq mərhələsindədir: "Olqanın Ukraynanın ABŞ-dəki səfiri vəzifəsinə namizədliyi ilə bağlı Vaşinqtonla razılaşma prosedurları davam edərkən o, Amerika ilə münasibətlərdə tempi qorumağa çalışacaq. Təsdiqləmə prosesi dövründə Stefanişina ABŞ ilə əməkdaşlığın inkişafı üzrə xüsusi komissar kimi çalışacaq".

Mənbənin yazdığına görə, bundan əvvəl Stefanişinanın Avropa İttifaqına səfir kimi gedəcəyi gözlənilirdi. Lakin ötən ay yerli media Ukraynada dondurulmuş qiymətli aktivlərin idarə edilməsi ilə bağlı korrupsiya qalmaqalında O. Stefanişina ilə əlaqəli şəxslərin, o cümlədən onun keçmiş ərinin əlaqəsi olduğunu yazmışdı. Lakin Olqa Stefanişina keçmiş əri və onun biznesi ilə hər hansı əlaqəsinin olduğunu inkar edib. Bununla belə, Ukraynanın İxtisaslaşdırılmış Korrupsiyaya ilə Mübarizə Prokurorluğu Stefanişinaya qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açıb. Onu 6 ilə qədər həbs gözlədiyi bildirilir.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.