Hadisə

Laçında yanğın olan ərazidə partlayış baş verdi - yenilənib - VİDEO

17 İyul 2025 00:06
Baxış: 850
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

00:06

Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib.

Hazırda yanğının bir çox hissəsində alovun məhdudlaşdırılmasına nail olunub. Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır.


---------
23:03


Laçın rayonunun Zerti kəndi yaxınlığında meşə yanğını davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın keçmiş döyüş sahəsində baş verir.

Bu səbəbdən alovun söndürülməsi zamanı şəxsi heyətin genişmiqyaslı müdaxiləsi məhdudlaşıb. Səbəb ərazidə mina və partlamamış döyüş sursatlarının olma ehtimalıdır.

Hadisə yerinə çox sayda yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb olunub. Hazırda müvafiq tədbirlər fasiləsiz şəkildə davam etdirilir.

-------------
22:01


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.