"Qarabağ" heyətini xorvatiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "OneFootball" nəşri məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi "Barselona"nın sabiq üzvü Alen Haliloviçlə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir.
A.Haliloviç hazırda müqavilə ilə Niderlandın "Fortuna"(Sittard) klubuna məxsusdur.
Xorvatiya millisində (2013-2019) 10 oyun keçirmiş Alen "Dinamo"(Zaqreb), "Barselona", "Sportinq"(Xixon), "Hamburq", "Las-Palmas", "Milan", "Standard"(Liej), "Herenven", "Birmingem", "Ridinq", "Riyeka" klublarında oynayıb.
Milli.Az