Kriminal

Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoydu - VİDEO

24 Oktyabr 2025 00:38
Baxış: 428
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ərini öldürüb həyətdə basdırdı.. Üstünə gül, mandarin əkdi, giriş qadağandır nişanı qoydu...

Xəbər verdiyimiz kimi, hadisə Sabunçu rayonunda yerləşən evlərin birində baş verib. Ötən ilin sonunda kişinin itkin düşməsi ilə bağlı ailə üzvləri polisə məlumat veriblər. Mərhumun yaxınları bildirirlər ki, gəlinləri özünü şübhəli aparıb. Nəticədə də hadisənin üstü açılıb.

Məlumata görə, qətl gündüz törədilib. Hadisənin səbəbi isə dəqiq məlum deyil.

Mərhumun əmisi oğlu deyir ki, həyətləri yaxın olsa da, nə silah səsi eşidilib, nə də hadisə barədə məlumatları olub.

Qonşular isə bildirirlər ki, ailədə hansısa problem yaşandığının şahidi olmayıblar. Samir də ərazidə hörmətli şəxs kimi tanınıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.