İdman

Fənərbağça Kerem Aktürkoğlunun qolu ilə Ştutqardı məğlub etdi - FOTO

23 Oktyabr 2025 23:39
Baxış: 330
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Avropa Liqasının 3-cü turunda Fənərbağça, Almaniyanın Ştutqart klubunu Kerem Aktürkoğlunun penalti qoluyla 1-0 hesabı ilə məğlub edib. Hakim qərarlarının damğa vurduğu qarşılaşmadan sonra sarı-göylər ardıcıl ikinci qələbəsini qazanaraq xallarını 6-ya yüksəldib.

Milli.Az xəbər verir ki, matç Türkiyə təmsilçisinin meydanında - Çobani Stadionunda keçirilib. Fənərbağçanın yeganə qolunu 34-cü dəqiqədə penalti zərbəsindən Kerem Aktürkoğlu vurub.

11-ci dəqiqədə arxa dirəyə hərəkət edən Kerem Aktürkoğlunun baş zərbəsini qapıçı Nübel dəf edib.

20-ci dəqiqədə Stutqartlı futbolçu Bilal El Khannouss Fənərbağçalı Edson Alvarezi kobud şəkildə dayandırıb. O, sarı vərəqə alsa da, Fənərbağça oyunçuları VAR-dan qırmızı vərəqə müdaxiləsi gözlədilər, lakin hakim Yakob Kehlet oyunu davam etdirib.

21-ci dəqiqədə Asensionun ötürməsi ilə cərimə meydanına daxil olan En-Nesyrinin zərbəsini Nübel çətinliklə qaytarıb. Topu ələ keçirən Kerem, Semedoya ötürüb, lakin onun uzaq məsafədən zərbəsini də qapıçı zərərsizləşdirib.

31-ci dəqiqədə Keremin sol küncdən yerinə yetirdiyi künc zərbəsi zamanı Skriniar rəqibin müdaxiləsi ilə yerdə qalıb. Hakim, Stillerin faul etdiyini müəyyənləşdirərək penalti nöqtəsini göstərib.

34-cü dəqiqədə topun arxasına keçən Kerem Aktürkoğlu, zərbəsini qapıçıdan fərqli istiqamətə göndərərək Fənərbağçanı önə keçirib - 1:0.

60-cı dəqiqədə Fənərbağça bir daha penalti qazanıb. Nenenin cərimə meydanında yıxılması sonrası verilən qərar VAR yoxlamasından sonra ləğv olunub - epizodun əvvəlində En-Nesyri ofsaytda idi.

66-cı dəqiqədə bu dəfə Ştutqart penalti qazandı, lakin VAR-dan sonra Edson Fernandesin rəqibə yox, topa müdaxilə etdiyi müəyyən edildi və penalti qərarı ləğv edildi.

Qarşılaşmanın qalan hissəsində hesab dəyişmədi və Fənərbağça vacib qələbə qazandı.

Bu nəticə ilə Fənərbağça 6 xal, Ştutqart isə 3 xalda qaldı.

Avropa Liqasının növbəti turunda Fənərbağça öz meydanında Ferençvaroşu, Ştutqart isə Feyenoordu qəbul edəcək.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.