Türkiyə

Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Fidan

16 İyul 2025 23:15
Baxış: 1 111
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin xarici işlər naziri Hakan Fidan, İsrailin Şamı hədəf alan hücumlarından sonra Suriyanın xarici işlər naziri Həsən Şeybani ilə telefon danışığı aparıb.
 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Fidan bildirib:

"Suriyada qeyri-sabitliyə səbəb olacaq siyasətlərə dözümlü ola bilmərik. Qarşıdakı 3-4 saat ərzində sakitlik və atəşkəs mərhələsinə keçəcəyik."

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, nazir Fidan telefon danışığı zamanı Suriyanın cənubunu və Şamı hədəf alan İsrail hücumlarının narahatedici olduğunu bildirib.

Fidan, bölgədə təhlükəsizliyə və Suriyada sabitliyin bərqərar olunmasına yönəlmiş səyləri təhdid edən müdaxilələrin dərhal dayandırılmasının vacibliyini vurğulayıb. O, Suriyada sülhün təmin olunması üçün bütün tərəflərin səy göstərməsinin əhəmiyyətini qeyd edib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.