Rusiya

20-yə yaxın futbolçu meydançada həbs olundu - VİDEO

31 Avqust 2025 23:48
Baxış: 2 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Samara vilayətində hüquq-mühafizə orqanları "Team Young" adlı həvəskar futbol komandasında çıxış edən təxminən 20 futbolçunu saxlayıblar.

Milli.Az yerli mediaya istinadla bildirir ki, onların saxlanılmasına səbəb futbolçuların rəqiblərə və tamaşaçılara mütəmadi hücum etməsi, habelə hamını milli mənsubiyyətə görə təhqir etmələri olub. Futbolçuların əksəriyyətinin qeyri-qanuni miqrantlar olduğu müəyyən edilib. Onlara həmvətənlərdən ibarət azarkeşlər də dəstək veriblər. Həmin azarkeşlər "Team Young"un oyunlarına gələrək münaqişələrdə iştirak ediblər.

Saxlanma zamanı narkotik təsiri altında olan şəxslər də aşkarlanıb. (Lent.az)
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.