Bakı çimərliklərinə ilanların axını nəylə bağlıdır? - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar sosial şəbəkələrdə Xəzər sahillərində peyda olan ilanlarla bağlı yayılan videogörüntülərin sayı artmaqdadır. Hətta aralarında çox zəhərli gürzə ilanlarınn da olduğunu görürük.
Dənizdə çimərkən insanların əl-qollarına dolaşan və qəfildən qarşısına çıxan bu ilanlar onlarda təşviş, həyacan yaradır. Bu səbəbdən bəzi adamlar çimərliyə getməkdən qorxur.
Milli.Az xəbər verir ki, Zoologiya institutunun laboratoriya müdiri Təvəkkül İsgəndərov Qaynarinfo-ya açıqlamasında Bakıya ilanların kütləvi gəlmədiyini bildirib:
"İlanlar həmişə elə həmin ərazilərdə yaşayıb. Sadəcə, biz onları indi görürük. Bakının Xəzərsahili ərazilərinin çox yerlərindən çimərlik kimi istifadə olunur. Bu ərazilərdə dənizin çimərlik hissəsinə bitişik üst hissəsi daşlı-qayalı, kollu-koslu, insan ayağı dəyməyən quru ərazilərdir. Məsələn, Bilgəhdəki çimərliyin üst tərəfi daşlı-qayalı və kol-kos basmış vəhşi bir ərazidir. Bağ salınanda, evlər tikiləndə bu ilanlar təhlükələrdən qaçıb, sakit məkanlara sığınır".
Şöbə müdiri onların arasında zəhərli levantin gürzələrinin olduğunu diqqətə çatdırıb:
"Bunlar quru ilanlardır. Onların heç birinin dənizlə əlaqəsi yoxdur. Nə qidalamaq, nə də çoxalmaq üçün çimərliyin dəniz olan hissəsinə girmirlər. Yalnız bir halda onlar dənizə girir. Əgər ərazidə maşın saxlayarlarsa, ocaq qalayarlarsa, səs-küy onları narahat edərsə, ərazidə gizlənən ilanlar özünü xilas etmək üçün suya atıla bilərlər. Nəzəri cəhətdən bunlar mümkündür, amma praktik olaraq ilanların kütləvi şəkildə dənizə axın etməsi qeyri-mümkündür. Bu ancaq nadir hallarda ola bilər. İkincisi, çimərlik dediyimiz dəniz sahilində çoxlu qayalıqlar, daşlıqlar, cil yığıntıları, qamışlıqlar var. Belə gizlənməli ərazilərdə su ilanları olur, həta bəzən bu kütləvi hal daşıyır. Su ilanları yumurta qoymaq, bəzən də qidalanmaq üçün həmin yerlərə də çıxırlar".
Təvəkkül İsgəndərov deyir ki, ərazidə olan ilanlar çox vaxt uzaqdan müşahidə edilir:
"Aktiv çimərlik dövrü başlayanda insanlar daşlı-qayalı yerlərdə balıq tuturlar. Bu hal ilanları narahat edir. Belə narahatlığa məruz qalan su ilanları həmin daşlıq yerlərdən özlərini xilas etmək üçün üzərək başqa bir sahəyə keçməyə çalışırlar. Belə olan vaxtlar biz onları dənizdə də görə bilirik. Həmin vaxt ilanlar çimərlikdə olan adamlara rast gələ bilər. Bu ilanlardan insanlara təhlükə yoxdur. Çimən adam üçün fərq etməz, sadəcə qorxurlar".
Təvəkkül İsgəndərov bununla bağlı hər hansı tədbir növünün olmadığını vurğulayıb:
"Sadəcə insanlar ehtiyatlı olmalı, eyni zamanda ərazidə sakit hərəkət etməlidirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Müjgan həbs edildi
-
Azərbaycanda külək güclənib - Faktiki hava açıqlanıb
-
1300-dən çox işləyən pensiyaçının pensiyası artırıldı
-
Üzdəki sızanaqları sıxmaq niyə təhlükəlidir?
-
Rusiya ordusu Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
57 kq narkotik vasitə və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarılıb - (Video/Foto)
-
ABŞ-ın İordaniyadakı bazasında 3 F-35 məhv edilib
-
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
-
"Behzat Ç" saxlanıldı - (Yenilənib)
-
"Sabah"ın matçının hakimləri bəlli oldu
-
Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al
-
Məhəmməd Salah dənizdə də mühafizəçilərlə üzür - (Video)
-
Lerikdə 59 yaşlı kişi evində faciəvi şəkildə öldü
-
Sakinlərin şikayət etdiyi problem həll olundu
-
İxracatçılara kompensasiya veriləcək
-
Yaşadığı evdə yıxıldı, xəstəxanada həyatını itirdi
-
Mərdəkanda dənizdə batan 17 yaşlı oğlanın meyiti tapıldı
-
11 nəfərin boğulduğu suda üzüb "qorxmuruq" dedilər - (Video)
-
Avqustda havalar necə olacaq? - Rəsmi proqnoz açıqlandı
-
Xərçəng peyvəndi ilk xəstədə ümidverici nəticə göstərdi
-
Ermənistan hökuməti istefa verəcək - Paşinyan açıqladı
-
Tanınmış futbolçunu Belçikada hamının gözü önündə soydular - (Video)
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır





