Ölkə

Nazir Şaiq Kazımova vəzifə verdi - FOTO

28 Noyabr 2025 13:04
Baxış: 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini təyin olunub. 

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir Anar Əliyevin müvafiq əmri ilə Şaiq Eldar oğlu Kazımov sözügedən qurumun sədr müavini təyin edilib. 

Qeyd edək ki, 1981-ci ildə Lənkəran rayonunda anadan olan Şaiq Kazımov 2022-ci ildən etibarən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsinin müdiri, daha sonra isə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb. 

Xatıradaq ki, 2023-cü ildə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlidir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.