İdman

Rusiyada penalti verməyən hakim TUTULDU

9 İyul 2025 16:11
Baxış: 1 163
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya hüquq-mühafizə orqanları 8 iyulda futbol hakimi Boqdan Qolovkonu saxlayıblar.

Milli.Az  xəbər verir ki, bu barədə RBC məlumatlı mənbələrə istinadən yazıb.

Mənbələrin sözlərinə görə, istintaq hakimi Moskva komandasının qapısına penalti təyin etməməklə "Torpedo" - "Kamaz" matçının nəticəsinə qəsdən və qanunsuz olaraq təsir etməkdə şübhəli bilir. Oyun 2025-ci il mayın 24-də baş tutub. Bu, Birinci Liqanın 34-cü turunun final oyunu olub. Matç Rusiya Premyer Liqasında oynamaq hüququ qazanacaq klubların müəyyənləşdirilməsi üçün prinsipial əhəmiyyət kəsb edirdi. Heç-heçə və ya qalibiyyət halında "Torpedo" keçid oyunlarından yan keçərək birbaşa elitaya yüksələcəkdi.

Oyun 1:1 hesabı ilə başa çatıb. Bu qarşılaşma zamanı hakim Qolovko "Torpedo"nun qapısına penalti təyin etməkdən imtina edərək iki mübahisəli qərar qəbul edib.

Artıq hər iki insident Rusiya Futbol İttifaqının prezidenti yanında ekspert komissiyası tərəfindən təhlil edilib. Bir penaltinin haqlı olaraq verilmədiyi qənaətinə gəlinib. Lakin ikinci penalti zamanı səhvə yol verib.

İndi, RBC mənbələrinin qeyd etdiyi kimi, hüquq-mühafizə orqanları bu epizodla maraqlanmağa başlayıb. Onlar hesab edirlər ki, hakim qəsdən penalti təyin etməyib.

Cinayət Məcəlləsinin rəsmi idman yarışının nəticələrinə qanunsuz təsir maddəsinə əsasən, hakimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.  /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.