"Barselona"nın futbolçusu Lamin Yamal dünyanın ən dəyərli futbolçusu olub.
Milli.Az xəbər verir ki, son yenilənmələrə əsasən, 17 yaşlı oyunçunun bazar dəyəri 200 milyon avroya yüksəlib.
Yamal bu göstərici ilə Cud Bellinqem ("Real"), Kilian Mbappe (PSJ) və Erlinq Haalandı ("Mançester Siti") geridə qoyub. Həmin futbolçuların hər birinin dəyəri 180 milyon avro olaraq göstərilib.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 55 matçda 18 qol vurub və 25 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. (qol.az)
Milli.Az