İdman

Gimnastlarımız Avropa çempionatında iştirak ediblər - FOTO

9 İyun 2025 16:12
Baxış: 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

4-8 iyun tarixlərində Estoniyanın Tallin şəhərində bədii gimnastika üzrə Avropa çempionatı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  yarışda ölkəmizi fərdi proqramda böyüklər arasında Kamilla Seyidzadə, Gövhər İbrahimova və Zəhra Cəfərova, gənclərdən ibarət qrup hərəkətləri komandasında Ayan Nəsirova, Nəzrin Salmanlı, Nəzrin Abdullayeva, Şəms Müvəffəqi və Röya Alıkişiyeva, böyüklərdən ibarət qrup hərəkətləri komandasında isə Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Sofiya Məmmədova təmsil ediblər.

Gimnastlarımız ən yaxşı performanslarını nümayiş etdirməyə çalışsalar da, təəssüf ki, mükafatçılar sırasına düşə bilməyiblər. 3 top və 2 halqa ilə çıxış edən böyüklərdən ibarət qrup hərəkətləri komandamız 24.000 xalla final mərhələsinə yüksəlsə də, ilk üçlükdə yer ala bilməyib.

Gimnastlarımıza növbəti yarışlarda uğurlar arzulayırıq!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.