İdman

Yenə də rekord qırdı

21 Oktyabr 2025 08:08
Baxış: 604
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo klub səviyyəsində karyerasının 800-cü qolunu vuraraq futbol tarixində yeni rekorda imza atıb.

Milli.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 40 yaşlı hücumçu "Əl-Fateh"lə oyun zamanı klub karyerasındakı 800-cü qolunu vurub.

Xatırladaq ki, beşqat "Qızıl top" mükafatı sahibi olan vinger indiyədək "Real Madrid", "Mançester Yunayted" (2 dəfə), "Yuventus", "Sportinq" və hazırda oynadığı "Əl-Nəsr"də çıxış edib.

Onu da bildirək ki, futbolçunun ümumi qollarının sayı milli komanda və klub oyunları da daxil olmaqla  949-a çatıb. Onun bazar dəyəri hazırda 12 milyon avro məbləğində qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.